Amerikalı alimdən uzunömürlülük sirri | Eurasia Diary - ednews.net

23 Fevral,


Amerikalı alimdən uzunömürlülük sirri

Səhiyyə A- A A+

Lourens Cozef Ellison adına Transformativ Tibb İnstitunun təsisçisi, alim Devid Anqus "Sağlam Moskva" assambleyasında uzunömürlüyüyün sirrini açıb.

Eurasia Diary-nin  məlumatına görə, bu barədə "Lenta.ru" xəbər verib.

Ekspert yalnız təbii qidadan istifadənin zəruriliyini, vitamin və qida əlavələrindən imtina etməyi qeyd edib. Mütəxəssis, həmçinin qeyd edib ki, peyvəndlər barədə də unutmamaq lazımdır, xüsusilə də qripə qarşı. Alim nahar vaxtı bir bakal keyfiyyətli şərab içməyi məsləhət görüb. "Və ən əsası! Tənha qalmayın", - Anqus əlavə edib.

O, insanları bütün işlərini yatmazdan iki saat əvvələdək yekunlaşdırmağa çağırıb. Anqus orqanizmi rejimə öyrəşdirməyin və sakit, komfortlu yataq yeri yaratmağın vacibliyini vurğulayıb. Bundan başqa, alim daim hərəkətdə olmağı, təkcə idman zalı ilə kifayətlənməməyi məsləhət görüb. (qafqazinfo)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...