Çinin Uhan şəhərində olan 6 nəfər Türkiyəyə qayıtmaqdan imtina edib.
Eurasia Diary apa-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.
Nazir əlavə edib ki, həmin şəxslər könüllü şəkildə qayıtmaq istəməyiblər: “Ümumilikdə 42 sərnişin təyyarəyə mindi. Tibbi müayinə zamanı 42 nəfərin heç birində xəstəliyin əlamətləri aşkarlanmadı”.