Türkiyə və Azərbaycan vətəndaşlarını Çinin Uhan şəhərindən təxliyə edən Türkiyə Hərbi Hava Qüvvələrinin A400M yük təyyarəsi Uhan şəhərindən havaya qalxıb.
Eurasia Diary Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildiriblər.
Məlumatda bildirilib ki, sərnişinlər şəhərin hava limanında müayinə edilib. Onlarda qızdırma, başqa əlamətlər aşkarlanmayıb və onlara xüsusi forma geyindirilib.
Bundan sonra Səhiyyə Nazirliyinin əməkdaşlarının nəzarəti altında Türkiyə və Azərbaycan vətəndaşları təyyarəyə qəbul edilib.