Alimlər mindən artıq insanı öldürən virusun yeni şəklini çəkdilər - FOTOLAR | Eurasia Diary - ednews.net

22 Fevral, Şənbə


Alimlər mindən artıq insanı öldürən virusun yeni şəklini çəkdilər - FOTOLAR

Səhiyyə A- A A+

ABŞ-ın Montana ştatında yerləşən Milli Allergiya və infeksion xəstəliklər İnstitutunun laboratoriyası koronavirusun yeni şəkillərini dərc edib. Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Şəkillər skaner və transmissiya elektron mikroskopunun vasitəsilə əldə edilib. Bunun üçün nümunədən elektron dəstəsi keçirilib. Bundan sonra həmin elektronlar maqnit linzalarının köməyi ilə böyüdülüb və CCD matrisində qeyd edilib.

Lakin bu yolla yalnız ağ-qara şəkil alınıb. Buna görə də alimlər şəkilləri xüsusi proqram vasitəsilə rəngləyiblər.

Tədqiqatçılar qeyd edirlər ki, bu koronavirus 2002-2003-cü illərdə atipik pnevmoniyaya səbəb olan  “qohumundan” vizual cəhətdən, demək olar ki, fərqlənmir. 

oxu.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...