Xərçəng xəstəliyindən xilas olmaq mümkündür! O BACARDI...

Sağlamlıq 10:53 17.02.2020

Hazırda Azərbaycanda və dünyada ən geniş yayılmış xəstəliklərdən biri xərçəng xəstəliyidir. Hər il dünyada 160 milyona yaxın insan bu xəstəliyə yoluxur. Ölkəmizdə il ərzində təqribən iki minə yaxın insan xərçəng xəstəliyi aşkarlanır. Qadınların böyük əksəriyyətində xərçəng döş qəfəsi nayihəsində, uşaqlarda adətən daxili orqanlarda və qanda, kişilərdə isə daha çox ağ ciyərlərdə yaranır.

Həkimlər xərçəngdən effektiv müalicədə ən vacib iki detalın olduğunu qeyd edirlər:

  • Xərçəngin daxili orqanlara yayılmadan aşkarlanması;
  • Xəstənin motivasiyası və həyatda qalma arzusu

Azərbaycan səhiyyəsinin hazırkı durumu bu xəstəliyə yoluxan vətəndaşlarımızda ciddi ümidsizlik yaradır. Çoxları bu xəstəliyin müalicəsinin mümkün olmadığını düşünsə də minlərlə azərbaycanlı xərçəng xəstəliyindən tam sağala bilib.

Yuxarıda qeyd edildiyi kimi xəstənin xərçəngə qalib gəlməsi üçün ən vacib detallardan biri onun motivasiyası və həyat eşqinin yüksək olmasıdır. Bu məqalənin yazılma səbəbi də məhz xərçəng xəstəliyinə yoluxan vətəndaşlarımızın həyatı dörd əllə qucaqlaması və ümidlərini heç vaxt itirməməsi üçündür...

Keçək məqalənin səbəbkarına.

Ötən günlərdə telefonuma bir zəng gəldi. Çox hörmət etdiyim bir dostum məndən bir yaxınına yardım etməyimi xahiş etdi. Əlimdən gələn bir işdirsə dərhal yardıma hazıram dedim

Günorta vaxtı dostumun “N” adlı tanışı (adı şəxsi səbəblərə görə açıqlanmır) çalışdığım ofisə gəldi və mən o gün çox mübariz və idealist olan bir qadınla tanış oldum. Bəli, qarşımdakı bir qadın idi, həm də xərçəng xəstəliyə qalib gələn bir qadın...

Ona necə kömək edə biləcəyimi sordum. Mənə bir müddət əvvəl xərçəng xəstəliyinə qalib gəldiyini, lakin hər il yüzlərlə vətəndaşımızın bu xəstəlikdən dünyasını dəyişdiyini bildirdi:

“Mən bu xəstəliyə qalib gəlmişəm. Mən bacarmışamsa hər kəs bacara bilər. Həmcinslərimin bu xəstəliyə təslim olmasını istəmirəm. Bu xəstəliyə yoluxmuş insanlara kömək etmək, onlara əl uzatmaq, onlara motivasiya vermək və bu tipli xeyriyyəçiliklə məşğul olmaq istəyirəm”.

Bu fikirləri eşidəndə qarşımdakının nə qədər vəfalı və xeyirxah bir insan olduğunu düşündüm. Lakin mən ona necə kömək edə bilərdim?

“Mənim məsləhətə ehtiyacım var. Tam ayrı sektorda çalışıram, ixtisasca mühasibəm. Amma mən ona görə xərçəngə qalib gəlməmişəm ki, həyatımı əvvəlki tək, heç nə olmamış kimi davam etdirim. Minlərlə vətəndaşımız xərçəng qarşısında aciz durumdadır, onlara əl tutmak, dəstək olmaq lazımdır. Onlara yardım etmək istəyirəm. Dəyişmək, ətrafımı da dəyişdirmək və insanlara fayda vermək istəyirəm. Hətta gülməli çıxacaq lakin, millət vəkili olmağı belə düşünürəm” – dedikdə mən “N” xanımın mənə niyə müraciət etdiyini anladım. Ona siyasi və sosial sferadakı insitutlarla sıx bağ qurması gərəkdiyini bildirdim və bunun üçün yardım sözü verdim. Lakin mövzu mənim məsləhətlərim deyil, mövzu, xərçəngə qalib gəlmiş bir Azərbaycan qadının düşüncələridir. Qadın ölümlə üz-üzə gəlib, ölümlə vuruşub, həyatda qalıb. Və o, həyatda qalmasını sadə bir həqiqət kimi qəbul etmir. “N” düşünür ki, yaşayırsa, sağlamdırsa, nəfəs alırsa bunun bir səbəbi olmalıdır. O, bu səbəbi tapıb.  “N” üçün bu gün həyatda qalma səbəbi digər həmvətənlərinin də xərçənglə mübarizəsinə dəstək olmaqdır.

Bu məqaləni ondan xəbərsiz yazdığımdan adını və soyadını qeyd edə bilmirəm. Lakin düşünürəm ki, belə cəsarətli və düşüncəli qadınlarımızı hər kəs tanımalıdır və onlar xərçənglə mübarizə aparan qadınlarımıza örnək olmalıdır.

Məqalənin sonunda Azərbaycan həkimlərinə də müraciət etmək istəyirəm. Türkiyədə, 1998-ci ildə Dr. Üstün Ezer adlı bir həkim xərçəng xəstəliyinin bir növü olan leykozla mübarizə üçün Leykoz Vəqfini (Losev Vakfı) yaratdı. Ezer həkimin yaratdığı bu vəqf 1998-ci ildən bu günə minlərlə uşağı ölümdən xilas edib. Niyə bir cəsarətli və xeyirxah həkimimiz xərçənglə mübarizə üçün bir xeyriyyə cəmiyyəti yaratmır? Sirr deyil ki, xərçəngdən müalicə üçün böyük maliyyə vəsaiti gərəkdir. Hər il vətəndaşlarımızın əksəriyyəti xərçəngə deyil, əslində pulsuzluğa, yoxsulluğa məğlub olur və dünyasını dəyişir. Azərbaycanda Losev kimi bir xeyriyyə cəmiyyəti yaratsanız, buraya imkanlı vətəndaşlarımızın maddi dəstəyini yönəltsəniz, kasıbların və yoxsulların pulsuz müalicəsini həyata keçirsəniz həqiqətən də Azərbaycan xalqına və səhiyyəsinə böyük töhvə vermiş olarsız.

“N” xərçəngə zəfər çalmış bir qəhrəmandır, o buna nail oldu, siz də bacara bilərsiniz...

Nicat İsmayılov

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı