Psixoloq-şarlatanlar insanları məhv edirlər Həkimlərdən həyəcan təbili

Sağlamlıq 10:18 18.02.2020
Psixologiya ictimai-humanitar fənn olaraq fəlsəfənin bir bölməsidir. Lakin çox təəccüblüdür, indiki vaxtda mütəxəssis-psixoloq adlandırılanlar açıq-aşkar, heç nədən çəkinməyərək aqressiya və abırsızlıqla özlərini insanlara «doktor», «həkim» sözləri ilə təqdim edirlər, aşağıda sadalanan və yalnız tibbdə istifadə edilən  «pasient», «terapiya», «müalicə», «xəstə» terminlərindən istifadə edirlər. Təcrübi psixologiya şarlatan psixoloqların əlində kriminal biznesə çevrilmişdir. Psixoloqların böyük əksəriyyəti əhalinin xeyli hissəsinin savadsızlığından, onların arasında sanitariya ilə bağlı maarifləndirmə işinin aparılmamasından istifadə edərək aşkar və cəzasız şəkildə heç bir tibbi təhsilə malik olmadan onların «müalicəsi» ilə məşğul olur. Nadan insanlar şüurlarında olan qaraguruhçuluq hesabına əvvəlində «psix» hissəciyi olan, bir-birini inkar edən məfhumları mənaca ayıra bilmirlər. Əhalinin nadan hissəsi üçün psixiatriya, psixoterapiya, psixologiya eyni şeylərdir. Psixoloqlar insanların bu zəif cəhətlərindən açıq-aşkar istifadə edir, onlara özlərini həkim kimi təqdim edir, diaqnoz qoyur, müalicə aparır, tibbi məsləhətlər verir, peşəkar həkimlərin təyinatlarını ləğv edir, ruhi xəstələrlə, ağıl zəifliyindən əziyyət çəkən uşaqlarla mənasını heç özlərinin də başa düşmədiyi məşğələlər keçir, aylarla, illərlə xəstələri mütəxəssisə müraciət etməkdə ləngidir, onlardan böyük məbləğdə pullar qopardaraq kömək edəcəklərinə söz verirlər. Nəticədə insanlar həkimlərin yanına ağır vəziyyətdə gəlib çıxır və onlara heç cür kömək etmək, təəssüf ki, olmur. Bütün bu sadalananlar psixoloji yardım haqqında beynəlxalq normalara və təbabət elminin prinsiplərinə ziddir. Ruhi xəstələr üzərində aparılan hər bir manipulyasiya mütləq həkimlə razılaşdırılmalıdır.

Psixoloq həkim deyildir. Psixoloqun müalicə təyin etməyə, diaqnoz qoymağa ixtiyarı yoxdur. Ruhi xəstəliyə şübhəli olan insanların məhkəmə-psixiatrik ekspertizası işlərinə psixoloq qarışa bilməz. Psixoloqun tibbi xarakterli məsləhət vermək səlahiyyəti yoxdur. Tez-tez başabəla psixoloqların yanından əllərində resept blankları olan insanlar çıxır və həmin blanklarda psixoloqlar tərəfindən yazılmış müxtəlif psixotrop dərmanlar görünür. Belə bir sual meydana çıxır: ictimai-humanitar mütəxəssis olan psixoloqlarda belə resept haradandır, bu resept blanklarına vurulan möhürlərin, ştampların, psixotrop dərmanların yazılması üçün lazım olan başqa vasitələrin psixoloqlar tərəfindən əldə edilməsi necə mümkün olmuşdur?!

Kim onları - ictimai-humanitar mütəxəssisləri həkimlik fəaliyyətinin bu atributları ilə təchiz edir?

Əşyaları öz adları ilə çağırmağın vaxtı çoxdan çatmışdır: bu cür fəaliyyət hüquqşünaslıqda aşağıdakı kimi xarakterizə olunur: «qeyri-qanuni həkimlik fəaliyyəti-xüsusi tibbi təhsilə malik olmayan şəxsin həkimliklə məşğul olması cəzalandırılır...»

Qanunvericilik aktlarında bu cəza növləri açıq sadalanır. Bu insanların əməllərinin ictimai təhlükəliliyini, epotajlılığını, özlərini çox inamlı aparmalarını nəzərə alaraq belə qənaətə gəlmək olar ki, (bu, açıq-aydın görünür) onları çox nüfuzlu adamlar müdafiə edir, çirkin əməllərinin üstünü örtür və onlara zərərli fəaliyyətlərində yardım edirlər. Kütləvi informasiya vasitələri, reklamçılar internet resurslarda, müxtəlif internet saytlarında o adamları həkim kimi təqdim edir, onların bu fəaliyyətini aramsız təbliğ edirlər. Televiziya kanallarında sistemli şəkildə və fasiləsiz olaraq  psixoloqlar və psixologiya mərkəzləri reklam olunur. Reklam pis şey deyildir, lakin televiziya kimi və nəyi reklam edir? Bir nümunə göstərək. Televiziya verilişlərinin birində aparıcı psixologiya mərkəzlərindən birini təmsil edən eqzaltasiya olunmuş qadınlara doktor kimi müraciət edərək onları tamaşaçılara həkim kimi təqdim edir. Həmin psixoloqlar qeyd edirlər ki, onlar  12 yaşında uşağa erkən uşaq autizmi diaqnozu qoymuş və guya onu müalicə etmişlər. Sual olunur: bu adamlar kimi və nə üçün aldadırlar? Əvvəla, erkən uşaq autizmi diaqnozu 3 yaşa qədər qoyulur. İkincisi, həmin xəstəliyin müalicəsi yoxdur. Üçüncüsü, psixoloq diaqnoz qoymaq səlahiyyətinə malik deyil. Belə psixoloqların yanında Ostap Bender dincəlir!

Bütün dünya elmi, tibbi-bioloji elmləri erkən uşaq autizminin sirlərini açmaq üçün çalışır, baş sındırır, Bakıda isə psixoloqlar - yalançı həkimlər artıq bu xəstəliyin müalicəsini guya tapmışlar. Bu başabəla psixoloqlar kimi ələ salırlar? Nəyə görə telekompaniyaların reklam şöbələri reklam verən şəxslərin, müəssisələrin verdikləri reklamın onların fəaliyyətinə uyğunluğunu yoxlamırlar? Əgər sabah çilingər özünü mütəxəssis-onkoloq kimi qələmə verib televiziyaya gəlsə və xərçəng xəstəliyinin müalicəsini tapdığını bildirsə, belə çıxır ki, ondan pul alıb reklama buraxmaq olar? Bəs reklam haqqında qanun necə olsun? Bu qanuna görə reklam şöbələri reklamın məzmununun reklam verən şəxsin statusuna nə dərəcədə uyğun gəlməsini bilməlidirlər.

Yəqin ki, reklam işçiləri bunun hamısını bilirlər. Lakin acgözlük bu adamları düzgün işləməyə qoymur və güclü maddi maraqlandırma şəraitində telekompaniya psixoloqu həkim-psixiatr kimi, aqronomu rus dili müəllimi kimi, taksi sürücüsünü uşaq bağçasında tərbiyəçi kimi reklam edə bilər. Bu adamları insanların sağlamlığı deyil, ancaq öz cibləri maraqlandırır.

Psixoloqların həkim kimi reklamında həkimlər üçün nəzərdə tutulmuş reklam saytları da böyük rol oynayır. Bu saytları açan hər bir şəxs həkim axtarışında ikən həkimlərin siyahısında belə bir sözlə rastlaşır: «psixoloqlar». Bu sözü açarkən ağ həkim xalatı geymiş cavan qızlar həkimlərin cərgəsində öz reklam profillərini reklam etdirərək: panik atak, fobiyalar, obsessiv-kompulsiv sindrom, erkən uşaq autizmi, depressiya, gecə enurezi formulirovkaları ilə öz fəaliyyətlərini reklam edir və  insanları bu xəstəliklərdən qurtarmağa söz verirlər. Bütün adı çəkilən kateqoriyalar təbabətin-psixiatriyanın predmetləridir və bu psixoloq qızları qeyri-qanuni həkimlik fəaliyyəti ilə məşğul olmağa vadar edən nədir? Ən əsası, bu saytları idarə edən şəxslər bilməlidirlər ki, psixoloqlar həkimlərin səhifəsində reklam oluna bilməz. Bu saytları işlədən bir nəfərlə söhbətim zamanı mənim “Nəyə görə belə edirsiniz?” sualıma o, belə cavab verdi: “Bu, biznesdir, mən pulumu qazanıram”.

Psixologiya mərkəzlərinin qarşısında olan saysız-hesabsız küçə reklamlarında eyni şeylər yazılmışdır: biz «müalicə» edirik: depressiya, fobiya, panik atak və s. Panik atak deyilən vəziyyət, əslində həyəcan həmlələri psixiatriyanın ən çətin problemlərindən biridir. Bəs nəyə görə psixoloqlar öz əsas vəzifələrini - sağlam adamlara psixoloji yardım etmək işini qoyub bu cür cinayətkar əməllərlə məşğuldurlar?

Avropa ölkələrində həkimləri reklam edən saytlarda psixoloqların reklamı qadağandır. Psixoloqları reklam edən saytlarda yuxarı sol küncdə yazılır: psixoloq həkim deyildir, ruhi vəziyyətinizi analiz etmək üçün həkimə müraciət edin.

İnstaqram, facebook «doktor-psixoloq» səhifələri ilə doludur. Bu səhifələri açan hər bir adam doktor sözünü görərək psixoloqu səhvən həkim kimi qəbul edir. Təəssüf ki, insanların böyük bir hissəsi başa düşmür ki, psixoloq tarixçi və ya sosioloq kimi humanitar sahənin mütəxəssisidir, onun tibb problemlərinə heç bir aidiyyəti yoxdur. Psixologiya sağlam psixikanın qanunauyğunluqlarını öyrənir.

Psixoloq insanla işləməyə başlamamışdan əvvəl onun əlində insanın sağlamlığı haqqında mütəxəssis-həkim tərəfindən verilmiş ya arayış, ya da videoyazı olmalıdır. Bütün bu tələblər beynəlxalq normativlər tərəfindən diktə olunur. Azərbaycan şəhərlərinin zirzəmilərində, biznes mərkəzlərində bahalı otaqlar tutmuş psixoloqların fəaliyyəti heç kim tərəfindən yoxlanılmır. Həkimlərdən fərqli olaraq, bu adamlar heç kimin qarşısında məsuliyyət daşımırlar, heç bir psixoloji sessiyanın nəticəlilik kriteriyası yoxdur, bağlı qapı arxasında psixoloqların kliyentlərlə, xüsusən də uşaqlarla hansı psixoloji manipulyasiyalar keçirdikləri və bu manipulyasiyalardan sonra insanların psixi vəziyyətinin necə ağırlaşdığı barədə çox az adamların məlumatı vardır. Diqqət:

1. Psixoloq-həkim deyildir, psixoloqlar yalnız həkimlərin rəsmi icazəsi olduqda fəaliyyət göstərə bilərlər.

2. Həkim-psixiatr həkimdir, təbabəti təmsil edir, insanların bütün problemləri ilə məşğul ola bilir, diaqnoz qoyur, tibbi məsləhət verir, müalicələrin bütün növlərini təyin etmək hüququ vardır, tibbi-psixiatrik ekspertiza işi aparır.

3. Psixoterapevt - psixoterapiya üzrə xüsusi hazırlıq keçmiş həkim-psixiatrdır. Psixoterapiyanı yalnız həkimlər aparır.

Həkim-Psixiatr ABDULLA ŞIXLİNSKİ

 

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı