Koronavirus şübhəsi ilə saxlanılan iki tələbə evə buraxıldı - RƏSMİ | Eurasia Diary - ednews.net

5 Aprel,


Koronavirus şübhəsi ilə saxlanılan iki tələbə evə buraxıldı - RƏSMİ

Səhiyyə A- A A+

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yayıb.

Eurasia Dairy xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən xəbərə görə, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində olan iki tələbə dünən evinə buraxılıb.

Onların səhhətində hər hansı bir problem aşkarlanmayıb.

Xəstəlik başlayan  ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada qalan 1 nəfər karantin müddəti bitdiyindən gün ərzində evinə buraxılacaq. Onun vəziyyəti normaldır, heç bir şikayəti yoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...