Koronavirus üçün son tarix elan edildi | Eurasia Diary - ednews.net

2 Aprel, Cümə axşamı


Koronavirus üçün son tarix elan edildi

Səhiyyə A- A A+

Ölümcül koronavirus epidemiyası aprel ayında təsirini itirəcək. İki aydan sonra epidemioloji vəziyyətin sabitləşəcəyi gözlənilir.

Eurasia Diary xəbər verir ki, bunu Çin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin Pnevmoniyanın yayılmasına qarşı mübarizə komissiyasının rəhbəri deyib.

Epidemiyanın pik həddi fevralın sonuna düşəcək, aprel ayında isə vəziyyət düzəlməyə doğru gedəcək.

Xatırladaq ki, koronavirus müsbət 56 dərəcədə dərhal, 37 dərəcədə isə təxminən 15 dəqiqəyə tələf olur. Aprel ayının başlaması ilə havaların isinməsi bu virusun məhvinə səbəb olacaq.

Qeyd edək ki, koronavirusun yeni növü 2019-cu ilin dekabrında Mərkəzi Çinin 12 milyon əhalisi olan Uhan şəhərində qeydə alınıb. Çindən başqa 25 ölkədə həmin xəstəlik aşkar edilib. Dünya Səhiyyə Təşkilatı bunu çoxsaylı ocağı olan epidemiya kimi səciyyələndirərək beynəlxalq miqyaslı fövqəladə vəziyyət olaraq tanıyıb.(axar.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...