Koronavirus vaksininin sınaqlarına başlanıldı | Eurasia Diary - ednews.net

22 Sentyabr, Çərşənbə axşamı


Koronavirus vaksininin sınaqlarına başlanıldı

Səhiyyə A- A A+

ABŞ Müdafiə Nazirliyi bəzi təlimləri təxirə salmaqla yanaşı, koronavirusun yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlərə başlayıb.

“EDNews” “CNN Türk”ə istinadən xəbər verir ki, vaksinin tapılması istiqamətində araşdırmalar davam etdirilir.

ABŞ Quru Qoşunları Komandanlığının Tibbi elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin (ETTKİ) komandiri Maykl Telli vaksin üzərində işlərə başladıqlarını elan edib. O, potensial vaksinlərin ən qısa müddətdə insanlar üzərində sınaqdan keçiriləcəyini də bildirib.

Valter Rid adına Quru Qoşunları Araşdırma İnstitutu Yoluxucu Xəstəliklər Mərkəzinin direktoru doktor Kavyon Mocarrad isə sınaqların ilkin mərhələdə siçanlar üzərində təcrübədən keçirilməyə başlandığını vurğulayıb. O, ikinci mərhələdə təcrübələrin meymunlar daxil olmaqla insan anatomiyasına yaxın heyvanlarda keçiriləcəyini də diqqətə çatdırıb.

Direktor sınaqların insanlar üzərində nə zaman həyata keçiriləcəyini açıqlamayıb.(report)

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...