İngiltərədə robot cərrahın köməyi ilə yeniyetmə bir qız əməliyyat olundu.
EDNews xəbər verir ki, İngiltərədə 14 yaşlı Emma Mayamine, dörd il əvvəl onurğanın qeyri-bərabər inkişafı ilə bağlı həkimə müraciət etdikdən sonra məlum olub ki onda skalioz xəstəliyi var.
Skalioz dünyada minlərlə insanda görülən onurğa əyriliyi xəstəliyidir. Hətta İngiltərə şahzadəsi Evgeniada da aşkar edilən bu xəstəliyə, erkən müdaxilə əsas şərtdir.
Emmanın əməliyyatı Londondakı Kral Milli Ortopedik Xəstəxanasında baş verib. Cərahiyyə əməliyyatını robot həkim idarə edib. Xəstəxananın rəsmi nümayəndələri bildiriblər ki,
onurğa əməliyyatı üçün xüsusi olaraq hazırlanmış yeni robot, mütəxəssislərə mürəkkəb proseduru əvvəlkindən daha yüksək dəqiqliklə yerinə yetirməyə kömək edir.
Robot onurğa əməliyyatı zamanı görünməmiş bir dəqiqlik nümayiş etdirir. Həm də prosedur zamanı real vaxt 3D görüntülərindən istifadə edə bilir.Mazor X Stealth EditionTM kimi tanınan, əməliyyatı əvvəlcədən ətraflı planlaşdırmaq üçün istifadə edilə bilər. Əməliyyat aparıldıqdan sonra robot qol həkimlərə onurğa implantlarını dəqiq şəkildə yerləşdirməyə şərait yaradır.Hal-hazırda Emma tam sağlamdırvə əməliyyatdan sonra aktiv həyatına davam edir. (mətbuat.az)