Çində 100 yaşında koronavirusa yoluxan kişi sağalıb. Bu barədə “Xinhua” xəbər yayıb.
EDNews xəbər verir ki, soyadı Vanq olduğu bildirilən xəstənin həmçinin yüksək təzyiq və ürək çatışmazlığı problemləri var, Altsheymer xəstəliyindən əziyyət çəkir.
Bildirilir ki, bu kişi xəstəliyə qalib gələn ən yaşlı pasiyentdir.
Tibb işçiləri hadisəni “möcüzə” adlandırıblar.
Qeyd edək ki, Çində bəzi şəhərlərdə karantin vəziyyəti ləğv olunub. Çin mətbuatında yer alan xəbərlərə görə, koronavirusa yoluxmuş təxminən 30 minə yaxın insan sağalıb.
Bu barədə İsraildə nəşr olunan Haaretz qəzeti məlumat yayıb. Xəbərdə bildirilir ki, yaxın günlərdə İsrail mərkəzi bir araşdırma mərkəzinin yeni növ koronavirusun müalicəsi üçün bir peyvənd hazırladığını elan edəcək.