İtaliyadan gələn azərbaycanlı tələbələr karantinə yerləşdirildi - VİDEO | Eurasia Diary - ednews.net

26 May, Çərşənbə axşamı


İtaliyadan gələn azərbaycanlı tələbələr karantinə yerləşdirildi - VİDEO

Səhiyyə A- A A+

İtaliyada təhsil alan və ölkəyə dönən azərbaycanlı tələbələrin müayinəsinin həyata keçirilməsinin təşkilinə Təcili Tibbi Yardım xidmətinin ambulansları cəlb edilib.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) "EDNews"a verilən məlumata görə, prosedur qaydalarına uyğun olaraq, tələbələr hava limanından götürülərək karantin xəstəxanasına yerləşdirilib və müşahidə altına alınıblar.

Bildirilib ki, onların heç birində xəstəlik əlamətləri aşkarlanmayıb:

"Karantinə yerləşdirilən şəxslərin müayinəsi davam etdirilir. Səhiyyə qurumlarımız xəstəliyin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması üçün bütün profilaktik tədbirləri həyata keçirməyə davam edəcəkdir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...