İtaliyada koronovirus bütün ölkəni əsir alıb.
İtaliya koronavirusa qarşı aparılan mübarizə tədbirləri çərçivəsində növbəti 15 gün ərzində ölkəyə giriş-çıxış tamamilə bağlanmaqla daha da sərt tədbirlər görülüb.
Ümumdünya karantin tədbirlərini izləyənlər bunun görünməmiş bir addım olduğunu açıqlayıb.
Artan koronavirus böhranını dayandırmaq üçün olkədə olan iş yerləri qeyri-iş rejiminə keçib.
Martın 12-dən etibarən qüvvəyə minəcək qanunda ofislərin, dükanların, barların, gözəllik salonlarının və restoranların bağlanması və bütün qeyri-istehsalat sahələrinin fəaliyyətinin dayandırılması nəzərdə tutulur.
Lakin supermarket və apteklər açıq qalacaq və sağlamlıq, qida, nəqliyyat və enerji ilə əlaqədar bütün təcili yardım xidmətləri fəaliyyətini davam etdirəcək.
İndi yalnız yemək və ya dərman almaq üçün evdən çıxmağa icazə verilir. Əks təqdirdə sərt cəza tətbiq olunur.
Qeyd edək ki, yalnız bir nəfərin evdən çıxmasına icazə verilir. Yemək və ya dərman üçün evdən çıxan şəxs özü ilə birlikdə təsdiqlənmiş bir sənəd daşıyır, bu sənəd doldurulmuş və imzalanmış olmalıdır.