Çin Uhandakı koronavirusun ABŞ-dan gətirildiyini açıqladı | Eurasia Diary - ednews.net

26 May, Çərşənbə axşamı


Çin Uhandakı koronavirusun ABŞ-dan gətirildiyini açıqladı

Səhiyyə A- A A+

“Dürüst olun! Məlumatlarınızı dərc edin! ABŞ bizə izah etməlidir”.

EDNews  xəbər verir ki, bu fikirləri Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan “Twitter” səhifəsində yazıb.

O, bununla Amerika Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin rəhbəri Robert Redfildin sözlərinə cavab verib. Belə ki, mərkəz rəhbəri daha əvvəl verdiyi açıqlamada ABŞ-da insanların bir neçə dəfə qirpdən öldüyü düşünüldüyü halda sonradan onlarda koronavirus aşkar edildiyini söyləmişdi.

Xatırladaq ki, ötən il dekabrın 31-də Çin hökuməti Uhan şəhərində sətəlcəm xəstəliyinin yayıldığını elan edib. Xəstəliyin törədicisi rəsmi adı COVID-2019 olan koronavirusun yeni növüdür.

Koronavirus infeksiyasına yoluxma halları artıq dünyanın 110-dan çox ölkəsində qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...