Koronavirusla mübarizə aparan tibb personalı üçün təlim-treninqlərə başlanılıb

Sağlamlıq 10:33 21.03.2020

Ötən ilin dekabrında Çində peyda olan və indiyədək dünyanın 182 ölkəsinə yayılan koronavirus (COVİD -19) təhlükəsi davam edir. Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu martın 15-dən həkim və orta tibb işçiləri üçün koronavirusla bağlı təlim-treninqlərə başlayıb. 

Səhiyyə Nazirliyindən "EDNews"a verilən məlumata görə, məqsəd koronavirusla mübarizə aparan və ən çox risk altında olan həkim-tibb bacılarını virus və ondan qorunma yolları ilə bağlı məlumatlandırmaq, əksepidemik tədbirlərə hazırlamaqdır.

Tibb işçilərinin virusdan qorunması üçün görülən işlər və treninqlərlə bağlı institutun rektoru, professor Nazim Qasımov bildirib ki, Azərbaycanda hazırda koronavirusla bağlı pandemik şərait müşahidə edilmir: "Prezidentin nəzarəti ilə görülən qabaqlayıcı tədbirlər nəticə verir, ölüm və yoluxma səviyyəsi aşağıdır, əksinə sağalanların sayı gündən-günə artır. Ölkəmizdə virusun yayılmasının qarşısını almaq üçün maksimum tədbirlər həyata keçirilir. Səhiyyə Nazirliyi də öz növbəsində mühüm işlər görür. Bizim institutun üzərinə də vəzifələr düşüb. Səhiyyə Nazirliyinin tapşırığı ilə institutun kofedralarında onlayn və distant şəklində, eləcə də kiçik qruplarda botəhlükəsizlik, biomühafizəyə yönləndirilmiş xüsusi treninqlərə başlanılıb”,- rektor  deyib.

İnstitut bayram günlərində də güclənmiş iş rejimində çalışacaq. N.Qasımov qeyd edib ki, bayram və istirahət günləri də daxil olmaqla treninqlər davam etdiriləcək: “Koronavirusla mübarizədə ilk sıralarda həkimlər, tibb işçiləri dayanır. Treninqlərdə xüsusi mühafizə vasitələri ilə işləmək təkmilləşdirilir. Xüsusi fərdi geyimlər, maska, əlcək, yaxud eynəklərdən düzgün qaydada istifadə etmək, geyinmək, soyunmaq, istifadə edilmiş vasitələrin utilizasiyası virusdan qorunmaq üçün mühüm əhəmiyyət kəsb edir. Bu qaydalara düzgün riayyət edilmədiyi halda həkimlərin, tibb bacılarının özləri koronavirusa yoluxa bilərlər. İlk növbədə həkimlər, tibb bacıları özlərini qorumalıdılar. Buna görə də bu treninqlərin böyük əhəmiyyəti var. Birinci növbədə həkimlərin, tibb bacıların bu virusdan qorunmasına çalışırıq”.

Professorun sözlərinə görə, birinci mərhələdə aeroport və sərhəd-keçid məntəqələrində çalışan tibb işiləri treninqlərə cəlb edilib: "Hazırda isə onlayn treninqlərə başlamaq üçün tədbirlər yekunlaşmaq üzrədir. Eləcə də digər ixtisaslı həkimlər üçün koronavirusun xüsusiyyətləri haqda tibbi məlumatlar hazırlanıb, məlumatlar onlayn şəkildə həkimlərə ötürülür. Bu məlumatlar yalnız həkimlər üçün nəzərdə tutulub. Həkimlərə həmçinin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş müalicə protokolları göndərilir".

Professor əlavə edib ki, koronavirus yenidir, günlərdir dünya alimləri virusun üzərində tədqiqatlar aparırlar: "Virusun inkişafı, yayıması, virus əleyhinə profilaktik tədbirlər, eləcə də müalicəsinə aid hər gün yeni məlumat əldə edilir. İnstitut həmin məlumatları tibb işçilərinə operativ şəkildə ötürür. İnstitutumuz mütəmadi, planlı şəkildə biomühafizə və karantin qaydaları ilə bağlı tibb işçilərini məlumatlandırırdı. Amma hər infeksiyanın öz xüsusiyyətləri var. İndi əsas fəaliyyət koronavirusa yönəldilib, hər yeni məlumatla bağlı həkimləri məlumatlandırırıq. Məsələn, bu gün koronavirusla bağlı yeni məlumat əldə ediib, dərhal tibb işçilərinə çatdırılıb. Bütün məlumatlar vaxtında çatdırılmalıdır ki, əksepidemik tədbirlər də vaxtında aparıla bilsin, maksumum effektli olsun”.

Rektor Azərbaycanda kadr potensialı ilə bağlı sualı da cavablandırıb. Bildirib ki, hazırda ölkəmizdə bütün ixtisaslar üzrə yetərli kadrlar var: "Hətta koronavirusla mübarizə üçün yanaşı ixtisas üzrə kadrlar da hazırlanır. Ehtiyac yaranarsa, onlar da virusla mübarizəyə qoşulacaqlar".

Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO

Xəbər xətti

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Hamısı