İslandiya sakinində koronavirusun ikili yoluxma halı aşkar olunub | Eurasia Diary - ednews.net

5 Aprel,


İslandiya sakinində koronavirusun ikili yoluxma halı aşkar olunub

Səhiyyə A- A A+

İslandiyanın vətəndaşı eyni zamanda koronavirusun iki ştamına yoluxub.

EdNews Reykjavík Grapevine-ə istinadən xəbər verir ki, ikinci ştam Uhan şəhərində peyda olan koronavirusun ilkin versiyasının mutasiyasıdır.

"deCODE genetics” adlı bioəczaçılıq şirkətinin rəhbəri Kari Stefansonun fikrincə bu dünyada ilk ikili yoluxma halıdır.

Mütəxəssis qeyd edib ki, ikinci ştam daha aqressivdir, çünki xəstə ətrafdakılarını məhz onunla yoluxdurub.

Qeyd etmək lazımdır ki, İslandiyada koronavirusa 648 nəfər yoluxub.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...