“Koronavirusdan qorunmaq üçün əlcək taxmaq yanlışdır” | Eurasia Diary - ednews.net

25 May, Bazar ertəsi


“Koronavirusdan qorunmaq üçün əlcək taxmaq yanlışdır”

Səhiyyə A- A A+

“Koronavirus pandemiyasından qorunmaq üçün bir çox insanlar işə və ya alış-veriş etməyə gedərkən əlcək və maska taxmağı üstün tuturlar. Lakin əlcəklərdən istifadə qoruyucu deyil və virusun daha çox yayılmasına səbəb olur”.

"EDNews" xəbər verir ki, bunu türkiyəli professor Ata Nevzat Yalçın deyib.

O, bunu əlcəyin əlin təmiz qalmasına mane olduğu ilə əsaslandırıb:

“Əlcəkdən istifadə hansısa yerdən götürülən virusu sonrada toxunulan hər yerə yayılması riskini artırmış olur. Əlcəklərin üzərində virus uzun müddət qala bilər. Əlcək istifadəsi yanlış qoruyucu vasitə növüdür. Virusa tutulmamaq üçün fərdi gigiyenaya diqqət yetirmək əsasdır. Əlcəklərdən yalnız tibb işçiləri istifadə etməlidir. Çünki şübhəli xəstələrlə onlar daha çox təmasda olur”. (report.az)

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...