Koronavirusun inkubasiya dövrü 28 gündən də çox çəkə bilər | Eurasia Diary - ednews.net

28 May, Cümə axşamı


Koronavirusun inkubasiya dövrü 28 gündən də çox çəkə bilər

Səhiyyə A- A A+

Ötən aya kimi dünyada mütəxəssislər koronavirusun karantin və inkubasiya dövrünün 14-16 gün çəkdiyinə əsaslanıb, xəstələri bu müddətdə təcridə alırdılar.

Lakin indi virusun 28 gün və daha gec də əlamətlərini biruzə verdiyi məlum olub.

EdNews medicina.az-a istinadən bildirir ki, inkubasiya dövrü yəni xəstə artıq virusa yoluxub, potensial yoluxdurucudur, lakin bunu nə özü, nə də ətrafı bilir. Hətta 28 gündən sonra da virus əlamətləri üzə çıxmaya bilər.

Medicina.az xəbər verir ki, buna görə də indi xəstələrin daha tez aşkarlanıb, daha uzun müddət xəstəxanaya və özünütəcridə alınması lazımdır. Hətta xəstə sağaldıqdan sonra da bir müddət yoluxdurma qabiliyyəti qalır. Ona görə xəstələr sağaldıqdan sonrakı 7 gün ərzində də buraxılmamalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...