Çin koronavirusa hansı texnologiyalarla qalib gəldi? | Eurasia Diary - ednews.net

1 İyun, Bazar ertəsi


Çin koronavirusa hansı texnologiyalarla qalib gəldi?

Səhiyyə A- A A+

Koronavirus pandemiyasının dünyanı ağuşuna aldığı vaxtda Çində vəziyyətin nisbətən sabitləşməsi əksər ölkələrin marağına səbəb olub.

Amma çoxları Çinin virusa yüksək texnologiya vasitəsilə qalib gəldiyindən xəbərsizdir.

EdNews ted.az-a istinadən bildirir ki, Çin hökuməti 14 gün karantinə alınan vətəndaşların evdən çıxmamalarına əmin olmaq üçün qapıların önünə kamera yerləşdirib.

Bununla yanaşı, dronlar vasitəsilə xalqa "evdə qalın" çağırışı edilib.

Üstəlik, əhalinin mobil telefonlarına yüklənən tətbiqdəki barkod vasitəsilə onların səhhəti nəzarətə alınıb. Toplanan məlumatlar İnformasiya Mərkəzində qeyd olunub. Tətbiqlərdəki yaşıl, sarı və qırmızı rənglər isə əhaliyə necə davranmalı olduqlarını izah edir. Qırmızı rəng ərazidə karantin rejimi olduğunu, yaşıl isə sərbəst gəzməyin mümkünlüyünü bildirir.

Çin hökuməti pandemiya ilə mübarizədə Wechat, Alibaba, Tencent, Alipay və digər texnologiya şirkətlərinin köməyindən istifadə edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...