Çinin Uhan şəhərində koronavirusa qarşı peyvəndin 2-ci sınaq mərhələsinə başlanılıb.
İlk testlərdən uğurla çıxan peyvənd, ikinci mərhələdə ilk dəfə 84 yaşlı şəxs üzərində sınaqdan keçirilib.
EDNews.net-in veridiyi məlumata görə, sınaqlar hərbi mütəxəssislər tərəfindən həyata keçirilir. Bildirilir ki, sınaq mərhələsində indiyə qədər ümumilikdə 500 könüllüdən istifadə edilib. Mütəxəssislər bildirir ki, testin ikinci mərhələsində daha çox vaxta və könüllüyə ehtiyac var.
Hakim dairələr digər peyvəndlər üzərində də testlərin davam etdiyini açıqlayıb.(publika.az)