Dünyanı cənginə alan koronavirusun necə ortaya çıxması barədə sensasion məlumatlar dünya mediasında ard-arda yayılmaqda davam edir.
EDNews.net xarici KİV-ə istinadla xəbər verir ki, belə şok açıqlamalardan biri də məşhur fransız həkimə məxsusdur.
2008-ci ildə Nobel mükafatına layiq görülən tanınmış fransalı həkim Luk Montaqniye yeni tip Kovid-19 virusunun Çinin Uhan şəhərindəki bir laboratoriyada yaradıldığını bildirib.
Montaqniye “Pourquoi docteur” internet səhifəsinə verdiyi açıqlamada yeni tip koronavirusun bir heyvan bazarında ortaya çıxması variantının inandırıcı olmadığını söyləyib:
“Kovid-19 Uhandakı laboratoriyada yaradıldı. Bu laboratoriya 2000-ci illərdən bəri koronavirus sahəsində ixtisaslaşıb”.
Alim bu məsələni xeyli araşdırdığını da vurğulayıb.
“QİÇS-ə qarşı bir vaksin tapmaq məqsədilə də edilə bilər. Bu virus təbii yollarla ortaya çıxmayıb, tamamilə peşəkar bir işdir. Ancaq hansı məqsədlə edildiyini deyə bilmərəm”.(moderator.az)