Koronavirusun psixologiyaya təsir etdiyi amillər

Sağlamlıq 10:27 20.04.2020

Koronavirus pandemiyası indiki və gələcək dövrdə  insanların psixi sağlamlığına "dərin" təsir göstərə bilər. Bunu deyən psixiatrlar və psixoloqlar təcili tədqiqatların keçirilməsinə çağırırlar.

Lancet Psychiatry nəşrində dərc olunmuş məqalədə onlar real vaxt rejimində psixi sağlamlığın monitorinqi üçün smartfonlardan istifadə etməyə çağırıblar.

Onların fikrinə görə, uşaqlar və cəmiyyətin ön sıralarında koronavirusla mübarizə aparan səhiyyə işçiləri üçün də xüsusi dəstək proqramları hazırlanmalıdır.

Keçirilmiş sorğular göstərir ki, qorxu hissi və təcrid rejimi artıq insanlara təsir göstərməyə başlayıb.

Psixi sağlamlıq məsələlərilə məşğul olan Mind xeyriyyə fondu insanların onlara lazım olan dəstəyi almaq üçün artıq mübarizə aparmalı olduqlarını bildirib.

Psixi sağlamlıq sahəsində 24 aparıcı ekspert evdə qalan insanlara kömək etmək üçün effektiv alətlər və dəstək proqramları hazırlamaq məqsədilə əhalinin psixi sağlamlığının "anbaan" monitorinqinin geniş tətbiqinə başlamağa çağırıblar.

"Artan sosial izolyasiya, tənhalıq, sağlamlıqla bağlı narahatlıq, stress və iqtisadi tənəzzül, zehni sağlamlığa və insanların rifahına zərər vura biləcək güclü bir təsir mənbəyidir", - məqalənin müəlliflərindən biri olan Glasgow Universitetinin professoru Rori O'Connor bildirib.

Onun sözlərinə görə, heç bir tədbir görülməyəcəyi təqdirdə həyəcan və depressiya kimi halların, eləcə də spirtli içkilər, narkotik və qumar oyunlarına müraciət edənlərin və evsiz qalanların sayının və bu kimi digər fəsadların sayının çoxalması riski artacaq.

Məqalənin müəllifləri bildiriblər ki, narahatlıq, depressiya, özünə xəsarət yetirmə, intihar və digər psixi sağlamlıq problemlərinin səviyyəsinin monitorinqinin təmin edilməsi prioritet vəzifədir.

Tibb Elmləri Akademiyası tərəfindən mart ayının sonunda keçirilmiş iki onlayn sorğu insanların psixi sağlamlığının cari vəziyyəti haqqında təsəvvür yaratmağa imkan verib.

Britaniyanın MQ xeyriyyə təşkilatı tərəfindən keçirilmiş və psixi pozğunluqları olan bir çoxları da daxil olmaqla, 2100-dən çox insanı əhatə etmiş sorğulardan birində pandemiya dövründə dəstək və xidmətlərə daxil olmaq barədə respondentlərin ifadə etdiyi narahatlıqları və mövcud sağlamlıq problemlərinin pisləşə biləcəyindən təşviş keçirdiyi vurğulanıb.

İctimaiyyəti təmsil edən digər daha 1099 respondent isə sosial təcridin fəsadları və böhrana qarşı reaksiyanın yaratdığı maliyyə çətinlikləri ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Pandemiya zamanı narahatlıq və stressin artması gözlənilsə də, sənəddə deyilir ki, depressiyaya düşən, özlərinə xəsarət yetirən və ya intihar edənlərin sayının artması riski var.

Məqalədə qeyd olunub ki, məsələn, 2003-cü ilin Sars epidemiyası zamanı 65 yaşdan yuxarı insanlar arasında intiharların sayı 30% artmışdı.

Qeyd edək ki, bu pandemiyaya qarşı görülən tədbirlər son nəticədə qaçılmaz sürətdə "işsizliyin, maliyyə çatışmazlığının və yoxsulluğun artması nəticəsində psixi sağlamlığa ciddi təsir edəcək". (bbcazərbaycan)

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
Hamısı