Deep Knowledge Group şirkəti pandemiya ilə bağlı apardığı araşdırmaların nəticələrini açıqlayıb.
EDNews.net ted.az-a istinadən bildirir ki, araşdırma koronavirus üçün ən təhlükəsiz və ən riskli ölkələri müəyyənləşdirib. Araşdırmalar virusla bağlı bütün rəqəm və statistikaları təhlil edib.
Virus üçün ən riskli ölkələrin başında İtaliya gəlib. Bu siyahıda İtaliyanı Amerika, İngiltərə və İspaniya təqib edib.
Virusa qarşı çox tədbir görən, ən təhlükəsiz ölkə isə Almaniya olub. Bu ölkənin xalqına ən çox dəstək verdiyi məlum olub. Digər əsas güvənli ölkələr isə Avstraliya və Fransa olub.