Koronavirus diaqnozunun ən təsirli yolu açıqlandı | Eurasia Diary - ednews.net

29 May, Cümə


Koronavirus diaqnozunun ən təsirli yolu açıqlandı

Səhiyyə A- A A+

Koronavirus diaqnozunun ən təsirli yolu açıqlanıb.

EDNews.net xəbər verir ki, bu barədə Həkim Elena Samışina "Moskva" agentliyinə açıqlamasında bildirib ki, COVID-19 infeksiyası olan xəstələri müəyyənləşdirməyin əsas yolu Kompüter tomoqrafiyası (KT) diaqnostikasıdır.

Onun sözlərinə görə, əvvəllər diaqnozun yalnız testə əsaslandığına inanılırdı, ancaq qısa müddətdə məlum oldu ki, mənfi nəticə ilə xəstələrdə viral pnevmoniyanın aşkar klinik əlamətləri ola bilər:

"Bu gün tam diaqnostik meyarın xarakterik simptomunu ortaya qoyan vasitənin KT diaqnostikası olduğuna tam əminik. Bu yolla sətəlcəmin dörd mərhələsindən birini aşkar etmək olar, ilk iki xəstənin vəziyyətində onlar evə müalicə üçün göndərilir, üçüncü və ya dördüncülər isə xəstəxanaya yerləşdirilirlər.

Koronavirus onunla bağlı bilik səviyyəsinin aşağı olması səbəbindən təhlükəlidir və həkimlər hər gün həm diaqnoz, həm də müalicə baxımından bu barədə yeni şeylər öyrənirlər".

Son məlumata görə, COVID-19-a dünya üzrə 3 milyondan çox şəxs yoluxub, 230 mindən çoxu isə ölüb.(publika.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...