Koronavirusdan ölümə bu səbəb olur | Eurasia Diary - ednews.net

28 May, Cümə axşamı


Koronavirusdan ölümə bu səbəb olur

Səhiyyə A- A A+

Orqanizmdə D vitamini çatışmazlığı koronavirusdan ölüm riskini artırır.

EDNews.net  xəbər verir ki, Kraliça Yelizaveta xəstəxanasının və Şərqi İngiltərə Universitetinin mütəxəssisləri bu qənaətə gəliblər.

Mütəxəssislər Avropanın 20 ölkəsinnin sakinlərində D vitaminin orta səviyyəsini müəyyən ediblər və bunu koronavirusa yoluxma və ölüm halları statistikası ilə müqayisə ediblər. Nəticədə mütəxəssislər D vitamininin orta səviyyəsinin ölkə əhalisinə və ölümlərə bağlılığını müəyyən ediblər.

Alimlərin qənaətinə görə, D vitamininin ən aşağı olduğu insanlar İspaniya, İtaliya və İsveçrədə yaşayır. Yaşlı insanlar arasında ölüm hallarının çox olmasının səbəbi də onlarda D vitamininin az olmasıdır.(axar.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...