COVİD-19 yeməkdən keçə bilərmi? - ÜST-dən açıqlama | Eurasia Diary - ednews.net

28 May, Cümə axşamı


COVİD-19 yeməkdən keçə bilərmi? - ÜST-dən açıqlama

Səhiyyə A- A A+

Bu günə qədər heç kimin qida paketlərinə toxunaraq COVİD-19-a yoluxması ilə bağlı fakt qeydə alınmayıb.

EDNews.net xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Tvitter hesabında “COVİD-19 yeməkdən keçə bilərmi” sualına aydınlıq gətirərkən deyib.

“Buna baxmayaraq, qida təhlükəsizliyinə diqqət etmək həmişə vacib bir yanaşmadır. Yeməyi çox yaxşı bişirmək lazımdır.

Əsasən də, ət, toyuq, yumurta və dəniz məhsullarını.

Düzgün şəkildə bişirmək demək olar ki, bütün təhlükəli mikroorqanizmləri öldürür.

Bundan başqa, daha əvvəl bişirilən yeməklər də yaxşıca qızdırılmalıdır”, - məlimatda bildirilir.(axar.az)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...