Dünyada koronavirusdan ölənlərin sayı 300 mini keçdi | Eurasia Diary - ednews.net

29 May, Cümə


Dünyada koronavirusdan ölənlərin sayı 300 mini keçdi

Səhiyyə A- A A+

Dünya üzrə COVID-19 yoluxucu xəstəliyindən ölənlərin sayı 303 413-ə çatıb.

EDNews.net-in  “worldometers.info”ya istinadən xəbərinə görə, 213 ölkədə koronavirusa ümumilikdə 4 527 127 insan yoluxub. Onlardan 303 413-ü xəstəlik səbəbindən həyatını itirib, 1 705 815 pasiyent müalicə olunaraq sağalıb. Hazırda 2 517 899 aktiv koronavirus xəstəsinin olduğu bildirilib.

Yoluxma və ölüm hallarının sayına görə ABŞ ilk yerdə qərarlaşıb (1 457 593 yoluxma, 86 912 ölüm).

ABŞ-dan sonra ilk beşlikdə yer alan ölkələr: İspaniya (272 646 yoluxma, 27 321 ölüm), Rusiya (252 245 yoluxma, 2 305 ölüm), Böyük Britaniya (233 151 yoluxma, 33 614 ölüm), İtaliya (223 096 yoluxma, 31 368 ölüm), Braziliya (203 165 yoluxma, 13 999 ölüm).

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...