Alimlər koronavirusun mutasiyası ilə bağlı mifi məhv etdilər | Eurasia Diary - ednews.net

8 İyul, Çərşənbə


Alimlər koronavirusun mutasiyası ilə bağlı mifi məhv etdilər

Səhiyyə A- A A+

SARS-CoV-2-nin bu günə qədər müəyyən edilmiş mutasiyalarının heç biri virusun təhlükə dərəcəsini artırmayıb.

EDNews.net xəbər verir ki, bu barədə "RİA Novosti” "biorxiv.org” portalında dərc olunmuş araşdırmaya istinadən məlumat yayıb.

Alimlər araşdırma zamanı 15 000 xəstədən götürülmüş virus genomlarından istifadə ediblər.

Elm adamları virusun təkamül şəcərəsi modelini yaradıblar və müəyyən mutasiyanın hər bir konkret budaqda daha tez-tez baş verib-verməməsinə diqqət yetiriblər.

Tədqiq edilən mutasiyaların SARS-CoV-2-yə çoxalma üstünlüyü vermədiyi, yəni yayılma və yoluxma qabiliyyətini inkişaf etdirmədiyi ortaya çıxıb.

Bununla yanaşı, bəzi mutasiyaların heç bir effektinin olmadığı, genomda baş verən bir çox dəyişikliklərin isə virusun özü üçün zərərli olduğu aşkar edilib.(xəzərxəbər)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...