Britaniya alimləri koronavirusun müalicəsində effektli təsir göstərən dərmanı müəyyən ediblər.
EDNews.net xarici mediaya istinadən xəbər verir ki, "Deksametazon" adlanan dərman infeksiyanın yaratdığı fəsadları aradan qaldırmağa və ölümü azaltmağa imkan yaradır.
Böyük Britaniyanın 175 xəstəxanasında 11,5 min xəstənin iştirakı ilə araşdırma aparılıb.
Tədqiqatın aparıcı professoru Piter Horbinin sözlərinə görə, ucuz dərman olan “Deksametazon” COVİD-19 ağırlaşmalarında ölümü üçdə birə qədər azaldan ilk dərmandır.(yenisabah.az)