Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi videokonfransda Rusiyada pandemiya dövründə azərbaycanlı həkimlərin rolu müzakirə olunub. Yalnız həkim və tibb personalının deyil, həm də Moskva əyalətində poliklinikada işləyən tibb bacısı Nuranə Eminovanın təcrübəsi diqqət mərkəzində olub.
Nuranə Eminovanın özü də görüşdə koronavirusla mübarizədə təcrübəsini bölüşüb. Qeyd edib ki, hər gün 15-16 saat işdə olduğuna görə, uşaqlarının üzünü görməyə imkanı olmayıb. Bəzən yeməyə də vaxtı olmadığından, Nuranə bu müddət ərzində 9 kq arıqlayıb. Tibb bacısı xüsusi geyimdə işləməyin də çətinliklərindən danışıb.
Nuranə Eminova deyib ki, digər ölkələrə nisbətən Azərbaycanda vəziyyət daha yaxşıdır. Bu isə hökumətin COVİD-19-la mübarizə üçün vaxtında lazımi addımları atması ilə bağlıdır.