Ebolanın müalicəsində istifadə olunan "Remdesivir" dərmanının Avropa İttifaqında Koronavirus epidemiyasının da müalicəsində istifadə oluna biləcəyi təsdiqlənib. Hazırda Rusiyada bu dərman klinik sınaqlardan keçir.
Avropa Dərman Agentliyi (EMA), pnevmoniya diaqnozu və COVID-19 koronavirus testi müsbət olan böyüklər və 12 yaşdan yuxarı yeniyetmələrin müalicəsində istifadə üçün Vekluri (Remdesivi) dərmanının satışının şərti təsdiqlənməsini tövsiyə edib.
EDNews.net xəbər verir ki, bu barədə agentliyin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Remdesivir, Aİ-nin təsdiqlənmək üçün tövsiyə etdiyi ilk anti-COVID-19 dərmanıdır.
Remdesivir yalnız stasionar rejimli tibb müəssisələrində istifadə edilə bilər. Dərman preparatı venaya inyeksiya yolu ilə yeridilir.
Aprelin ortalarında Kanadalı elm adamları Ebola xəstəliyinin müalicəsində istifadə edilən Remdesivir-in koronavirusun inkişafının qarşısını aldığını söylədilər.
May ayının əvvəlində ABŞ-ın qida məhsulları və dərmanların keyfiyyətinə sanitar nəzarət idarəsi, Remdesivir-in koronavirusa yoluxmuş insanların müalicəsində istifadəsinə icazə verdi.
Mart ayında Rusiya Səhiyyə Nazirliyi Remdesivir-in COVID-19 daşıyıcısı olan xəstələrin klinik sınaqlardan keçən dərmanlar siyahısında olduğunu açıqladı.