Koronavirusla bağlı Çin və Kubadan ekspertlər gələcək | Eurasia Diary - ednews.net

10 Avqust, Bazar ertəsi


Koronavirusla bağlı Çin və Kubadan ekspertlər gələcək

Səhiyyə A- A A+

“Çin Xalq Respublikasının ekspert qrupunun yaxın həftələr ərzində Azərbaycana gəlməsi gözlənilir”.  

EDNews.net xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AzTV-yə müsahibəsində deyib. 

Bildirib ki, koronavirusun ilk başlanğıc nöqtələrindən biri Çindir və bu sahədə maraqlı təcrübəsi var: “Düşünürük ki, onların da öz qabaqcıl təcrübələrini bizimlə bölüşməsi çox faydalı olacaq. Bundan başqa, ölkəmizə Kubadan da mütəxəssislərin gəlməsi gözlənilir. Sual yarana bilər - niyə Kuba? Çünki bu ölkənin dünyada bilinən mükəmməl səhiyyə sistemi var və ebola pandemiyası yaranan zaman mütəxəssisləri öz sözlərini deyib. İş prinsipi o formada qurulacaq ki, ayrıca səhiyyə ocaqları ayrılacaq”.(qafqazinfo)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...