"Azərbaycanda sərt karantin rejiminin tətbiqi vacibdir" - İnfeksionist | Eurasia Diary - ednews.net

24 Yanvar,


"Azərbaycanda sərt karantin rejiminin tətbiqi vacibdir" - İnfeksionist

Səhiyyə A- A A+

"Koronavirusa yoluxma sayı yanvar-fevral ayına qədər pik həddə çatacaq".

Eurasia Diary xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü Natiq Əliyev deyib.

O bildirib ki, bu dönəmdə bakterial infeksiyaların işə qarışması ilə immun sistemini çökdürməsi nəticəsində COVID-in də ortaya çıxması halları ilə rastlaşırıq: "Ona görə həmin vaxt koronavirus yoluxma sayının pik həddə çatacağını düşünürük. Say olaraq rəqəm demək qeyri-mümkündür. Karantin qaydalarına əməl olunmazsa, bu rəqəm indiki sayın 2-3 qatına qədər arta bilər".

İnfeksionist qeyd edib ki, Azərbaycanda da koronavirusa təkrar yoluxma halları var: "Koronavirusa yenidən yoluxma halları var. Bu hal mümkündür. Hazırda bizdə də bu hallar öz təsdiqini tapır. Düşünürəm ki, sərt karantin rejiminə keçilməsi arzuolunandır. Çünki dinamik göstəriciləri ələ almaq üçün sərt karantin rejiminə gedilməsi vacibdir".

N. Əliyev bildirib ki, koronavirusdan ölən insanlarda səbəblər müxtəlif olur: "Bunlardan ən əsası miakard infarktı, digər xroniki xəstəliklərlə bağlı ürək-ağciyər çatışmazlığı ola bilər. Bu hallarla rastlaşırıq. Hazırda koronavirusdan daha çox yaşlı insanlar vəfat edir. Amma bu, cavanlarda ölüm halı olmur demək deyil".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...