İsrailin Baş naziri Binyamin Netanyahu İsraildə COVID-19 qarşı peyvəndləşmənin 27 dekabrda başlayacağını bildirib.
Eurasia Diary TASS-a istinadən xəbər verir ki, gündə 60 min İsrail vətəndaşına peyvənd vurulması planlaşdırılır.
Netanyahu "Twitter"ində yazıb: "İsraildə peyvəndlərə 27 dekabrda başlayacağıq. İsrail vətəndaşlarına gündə 60.000 peyvənd verməyə hazırlaşırıq".