COVID-19 yüngül və ya аğır formaya malik təhlükəli virus xəstəliyidir İlya Kleymenov

Sağlamlıq 15:13 26.12.2020

Eurasia Diary RKKP Mərkəzi Komitəsinin İctimai Səhiyyə Komissiyasının sədri, millət vəkili, həkim İlya Kleymenov ilə eksklüziv video müsahibəni təqdim edir.

İlya Kleymenov bildirib ki, koronavirus tibb elminə və bəşəriyyətə çoxdan məlumdur, ancaq “COVID-2019” adlı mutasiyası yeni peyda olub.

“COVID-2019 özünü aqressiv apararaq dünyaya yayılmışdır. Lakin panikaya düşmək lazım deyil, çünki tarixdə bir çox pandemiyalar olub. Bir əsr bundan öncə “İspanka” epidemiyası çox sayda insan ölümünə səbəb olmuşdur. Hətta o dövrə aid fotolarda nəqliyyatda insanların maska taxdığını görə bilərik. Sadəcə buna hazır olmaq lazımdır”, o deyib.

Ekspert həkim koronavirusun simptomları olaraq, insanda iybilmə qabiliyyətinin itirilməsi, zəiflik hissi, yuxarı tənəffüs yolarında diskomfort, gücün itirilməsi, dincəlmək istəyi, əzələ ağrılarını qeyd edib. Həmçinin o, simptomsuz yoluxma halları zamanı infeksiya daşıyıcısının ətraf üçün təhlükəli olduğunu xüsusi vurğulayıb.

O bildirib ki, hazırda soyuqdəymənin simptomları varsa bu, potensial koronavirus kimi dəyərləndirilə bilər. Bu simptomları özündə müşahidə edən şəxs evdə qalmalı, həkim çağırmalı, nəzarət altında özünümüalicə zamanı evdətəcrid qaydasına əməl etməlidir. Xəstəliyi yüngül keçirənlər malina çayı içməli, ağır formasında isə dərhal təcili yardıma müraciət edilərək analiz götürülməlidir.

Ekspert, heyvanların da koronavirusa yoluxa bildiyini deyib. O, virusun heyvanlardan insanlara keçmə halının müşahidə edilmədiyini desə də, onun ilk dəfə yarasadan keçmə ehtimalını nəzərə almağımızı qeyd edib. 

“Heyvanlar çöldə gəzərkən daşıyıcı kimi də virusun yayılmasına səbəb ola bilir.  Buna görə gigiyena qaydalarına və təmizliyə riayət etmək vacibdir. Bir və ya daha çox insanın olduğu məkanda tibbi maska taxmaq lazımdır. Keçmişdə taun epidemiyası dövründə insanlar maskadan istifadə ediblər. Bu həm sizi, həm də digərlərini müdafiə edəcək", deyə bildirib.

O qeyd edib ki, maska taxmaq çox vacibdir. Belə ki, o bizi yoluxmadan 100% müdafiə etməsə də, yoluxmanın dərəcəsini aşağı salır və bu çox əhəmiyyətlidir. Buna görə biz xəstəliyi daha yüngül keçirmiş oluruq. Həmçinin tibbi spirt bizi virusdan tam müdafiə etməsə də virusun təsirlilik dərəcəsini aşağı salır.

Onun sözlərinə görə, hazırda virusun təmamilə məhv edilməsi üçün xüsusi terapiya üsulu mövcud deyil. Lakin virus əleyhinə, onun çoxalmasının qarşısını almaq və təsirini yüngülləşdirmək üçün bəzi dərman preparatlarından istifadə olunur. O, antibiotiklərin həyat və sağlamlıq üçün təhlükəli olduğunu deyib.

“Antibiotiklər bakteriya əleyhinə müalicə metodudur, virus isə hüceyrədaxili həyat formasıdır. Virusun vəzifəsi “sahibi”nin hüceyrəsində parazitlik etmək və ətrafa yayılmaqdır. Koronavirus xəstələrində bir neçə gün sonra test nəticəsi neqativ çıxır. Çünki virus orqanizmi tez tərk edir, amma nəticələri qalır. Bəzən isə aylarla ağırlaşma halı müşahidə olunur. Bunun üçün həkim pasientə fərdi qaydada yanaşaraq müvafiq müalicə üsulu tətbiq edilir", o əlavə edib.

Daha ətraflı videoda:

Müsahibəni aldı: Cəmilə Çebotareva

Tərcümə: Gülnar Səlimova


Makronu tənqid edən erməni jurnalist İrəvana buraxılmadı - VİDEO

Xəbər xətti

2 nəfər Çinli casusluqda ittiham olunur
2 nəfər Çinli casusluqda ittiham olunur
10:20 23.04.2024
Politoloq: "İran Azərbaycanı özü üçün potensial təhdid görür" - ŞƏRH
10:13 23.04.2024
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
10:07 23.04.2024
Artan ailədaxili münaqişələr, cinayətlər... - Günahkar kimlərdir? - Ekspertlərin RƏYİNDƏ
10:00 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ oldu
09:51 23.04.2024
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
09:45 23.04.2024
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
09:40 23.04.2024
Polşadan Rusiyaya “nüvə” hədəsi
Polşadan Rusiyaya “nüvə” hədəsi
09:37 23.04.2024
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
09:34 23.04.2024
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:30 23.04.2024
Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı qeyd edilir
09:21 23.04.2024
Bu gün Bakıda beynəlxalq konfrans keçiriləcək - DAVAMI LAÇINDA OLACAQ
09:20 23.04.2024
Malayziyada helikopterlər toqquşub, azı 10 nəfər ölüb - VİDEO
09:13 23.04.2024
Makronu tənqid edən erməni jurnalist İrəvana buraxılmadı - VİDEO
09:08 23.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb
09:02 23.04.2024
Paytaxtın bu küçələrində TIXAC VAR
08:55 23.04.2024
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
08:42 23.04.2024
Rus ordusu cəbhə xəttini yardı: sürətlə irəliləyir
06:21 23.04.2024
“TikTok” ABŞ-də sona qədər hüquqi mübarizə aparacaq
05:19 23.04.2024
Məktəb direktorunun MƏHKƏMƏSİNDƏN: Həmin qadından 300 min alıbmış
03:08 23.04.2024
Modriç gələcəyi ilə bağlı qərar verdi
02:06 23.04.2024
Aİ ölkələri yaxın vaxtlarda Ukraynaya HHM sistemləri göndərə bilər
01:00 23.04.2024
Peskov: “Sülhməramlıların Qarabağdan çıxarılması regiondakı reallıqlara uyğundur”
00:05 23.04.2024
Naxçıvanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər SAXLANILIB
23:38 22.04.2024
Boksçumuz erməni rəqibini məğlub edib 1/4 finala yüksəldi
23:25 22.04.2024
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir
23:06 22.04.2024
Azərbaycan və ABŞ maliyyəçilərinin görüşü keçiriləcək
23:00 22.04.2024
Leninin məqbərəsi BAĞLANIB - SƏBƏB
22:40 22.04.2024
Azərbaycanla Keniya arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub
22:21 22.04.2024
Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb
22:00 22.04.2024
Prezident İlham Əliyev: Fəxr edirik ki, azərbaycanlı mütəxəssislər BAM-ın tikintisində fəal iştirak ediblər
21:49 22.04.2024
Rumıniya parlamenti Qara dənizin minalardan müdafiəsi qrupunda iştirakını təsdiqləyib
21:39 22.04.2024
Rusiya Prezidenti: Heydər Əliyev BAM layihəsinin baş tutması üçün əlindən gələni edib
21:30 22.04.2024
Aİ İranın raket və dron istehsalçılarına qarşı sanksiyaları genişləndirib
21:21 22.04.2024
Vladimir Putin: BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir
21:20 22.04.2024
Rusiya Prezidenti: Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb
21:15 22.04.2024
Kreml: Sülhməramlıların Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur
21:00 22.04.2024
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb
20:56 22.04.2024
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
20:50 22.04.2024
Britaniyada iki nəfər Çinə casusluq etməkdə ittiham olunub
20:44 22.04.2024
Hamısı