Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1,519 yeni yoluxma faktı qeydə alınıb, 4,471 nəfər müalicə olunaraq sağalıb.
Eurasia Diary Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 45 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 214,711 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 168,971 nəfər müalicə olunaraq sağalıb, 2,499 nəfər vəfat edib, aktiv xəstə sayı 43,241 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11,764, ötən müddət ərzində isə ümumilikdə 2,153,562 test aparılıb.