Azərbaycanda 1 593 nəfər COVID-19-dan sağalıb, 601 nəfər yoluxub, 19 nəfər vəfat edib | Eurasia Diary - ednews.net

6 May, Cümə axşamı


Azərbaycanda 1 593 nəfər COVID-19-dan sağalıb, 601 nəfər yoluxub, 19 nəfər vəfat edib

Səhiyyə A- A A+

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 601 yeni yoluxma faktı qeydə alınıb, 1 593 nəfər müalicə olunaraq sağalıb.

Eurasia Diary Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 224 651 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 208 681 nəfər müalicə olunaraq sağalıb, 2 909 nəfər vəfat edib. Hazırda 13 061 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 368, bu günə qədər isə ümumilikdə 2 267 923 test icra olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...