Baş infeksionist vaksinasiyadan danışdı | Eurasia Diary - ednews.net

7 May, Cümə


Baş infeksionist vaksinasiyadan danışdı

Səhiyyə A- A A+

Dünyada, o cümlədən Azərbaycanda da koronavirusla mübarizə davam edir. Son aylar ölkəmizdə virusa yoluxma artsa da, görülən karantin tədbirləri infeksiyanın yayılmasının qarşısını almaqdadır. Ölkədə vaksinasiya tədbirləri həyata keçirildikdən sonra isə yoluxmaların sayında ciddi azalma baş verəcək.

Eurasia Diary Trend-ə istinadən xəbər verir ki, bunu baş infeksionist Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, xəstəlikdən sağalan insanların immuniteti də bu işdə rol oynayır:

“Bir tərəfdən insanların xəstələnərək immunitet əldə etməsi, digər tərəfdən vaksinasiya olunaraq süni immunitet qazanması, sonda kollektiv immunitetin formalaşmasına gətirib çıxaracaq. Bu da öz növbəsində xəstələnənlərin sayında xeyli azalmaya səbəb olacaq”.

Baş infeksionist qeyd edib ki, bu proseslərdən sonra virus tam aradan qalxmasa da, bugünkü kimi qlobal səviyyədə xəstələnmələr baş verməyəcək:

“Bundan sonra infeksiya idarə olunacaq səviyyədə olacaq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...