A. Ontikov vaksinlərin həyati təhlükə daşıması barədə peyvəndləmə əleyhinə səslənən fikirlərə münasibət bildirib:
"Hətta koronavirusdan da təhlükəli epidemiyalar zamanı belə fikirlər olub. Bir şeyi anlamaq lazımdır ki, pandemiyada hər kəs təkcə fərdi deyil, cəmiyyət qarşısında kollektiv məsuliyyət daşıyır", o deyib.
Vaksinasiyanın yan təsirlərindən danışarkən, o özü və həyat yoldaşının peyvəndləmə zamanı yaşadığı təcrübəni danışıb:
"Əvvəlcə sizin şəxsiyyət vəsiqənizi bazaya daxil edirlər. İlk olaraq isə terapevtə gəlir və müayinədən keçirsiniz. Sizi peyvəndləmə üçün ayrılan otaqlardan birinə yönləndirirlər. Vaksin vurulandan sonra 5-15 dəqiqə, özünüzü pis hiss etsəniz yarım saat orada gözləyə bilərsiniz. Peyvəndləmə iki mərhələlidir. Sonda sizə peyvəndləmə sertifikatı verilir və bu məlumat indiyədək keçdiyiniz peyvəndləmə siyahısına əlavə edilir. Mənə və həyat yoldaşıma Rusiyanın koronavirusa qarşı yerli istehsalı olan "Spunik-V" vaksini vurulub. Hazırda Rusiyada daha iki vaksin sınaqdadır.
Peyvənd vurulan gün gecə yarısı təxmin 38 dərəcə temperaturla ayıldım. Sonra bir dəfə də ayıldım, tərləmişdim. Səhər məndə yüngül baş ağrısı və zəiflik vardı. Bir fincan kofe içdikdən sonra özümü yaxşı hiss etdim. Həyat yoldaşım daha pis idi. Onda sümük və əzələ ağrısı, temperatur vardı. Əslində bunlar standart təsirlərdir və istənilən peyvəndləmə zamanı bu baş verir. Peyvənd vurularkən sizin orqanizminizə zəifləmiş və ya modifikasiyaya uğramış bir virus daxil edirlər. Bu virusa isə öncədən koronavirus vurulmuş olur. Təbii olaraq orqanizm virusun öhdəsindən gəlmək üçün səy göstərir və bu zaman sözügedən yan təsirlər baş verir. Virus orqanizmdə çoxala bilmir. Buna görə də immunitet yaranır. Mən peyvəndləmə mövzusunda alimlərimizə tam güvənirəm", A. Ontikov bildirib.
Daha ətraflı videoda:
Müsahibəni aldı: Cəmilə Çebotareva
Tərcümə: Gülnar Səlimova