Azərbaycanda COVID-19-un yeni ştammına rast gəlinibmi? - Direktordan açıqlama | Eurasia Diary - ednews.net

18 Aprel,


Azərbaycanda COVID-19-un yeni ştammına rast gəlinibmi? - Direktordan açıqlama

Səhiyyə A- A A+

“Türkiyə də daxil olmaqla digər ölkələrdə COVID-19-un mutasiyaya uğramış ştammları görünməkdədir”.

Eurasia Diary xəbər verir ki, V. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev APA-ya açıqlamasında deyib.

O bildirib ki, Türkiyədə Cənubi  Afrika, Böyük Britaniya ştammı və hələ ki, adı bəlli olmayan 3-cü ştamm mövcuddur: “Azərbaycanda hələ ki, yeni ştamma yoluxma halı qeydə alınmayıb. Buna  baxmayaraq, TƏBİB tərəfindən bəzi xəstələrdən izolyasiya edilmiş nümunələr götürülərək yoxlanılıb və həmin analizlərdə yeni ştamm aşkarlanmayıb. Təbii ki, yeni ştamm hər an ölkəmizə daxil ola bilər, bu, sürpriz deyil".

Həkimin sözlərinə görə,  Azərbaycanda Milli Hematologiya və Transfuziologiya Mərkəzində mutasiyaya uğramış virusun analizləri aparılır: “Bununla bağlı bizim kifayət qədər təchizatımız var. Aylardır TƏBİB tərəfindən bunlar təşkil olunub. Bu, genom analizi ilə müəyyənləşdirilir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...