"Metro açılmalıdır" Həkim infeksionist xəbərdarlıq etdi

Sağlamlıq 17:51 16.02.2021

Vaksinin qoruyuculuğu haqqında indi fikir söyləmək çox tezdir.

Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist İlhamə Şirinova deyib.

İnfeksionist bildirib ki, metronun fəaliyyəti bərpa edilməlidir:

"Respublikada vaksinasiya prosesi oldu. Öncə dövlət müəssisələri, həkimlər, sonra 65 yaşdan yuxarı təqaüdçülər peyvənd olunmağa başladı. Fevralın 15-dən biz ikinci dozları vurmağa başlamışıq. Ona görə hələ "vaksin bizi qoruyacaq" demək tezdir. 

Metronun fəaliyyəti bərpa edilməlidir. Çünki təhsil ocaqları fəaliyyətini bərpa edibsə, əlbəttə ki, nəqliyyat bütün qüvəsi ilə işləməlidir ki, insanlar işə, məktəbə, universitetə normal vəziyyətdə gedib- gəlsinlər. Ona görə də metro açılmalıdır. Ümumiyyətlə, metronun açılması ilə də paralel olaraq təhsil davam etdirilməlidir, qapalı iş yerləri açılmalıdır, iri ticarət mərkəzlərinin işi bərpa olunmalıdır. Amma başda duran əsas vəzifəmiz qorunmaqdır. 

Qorunmaq üsullarımız hansılardır?

1. Gigiyenik qaydalara riayət etməliyik.

2. Məsafə saxlamalıyıq.

3. Tibbi maskalardan düzgün istifadə edilməlidir. Maska burunu örtməlidir. Parça maskalar bizi heç bir virusdan qorumur. Bütün Kütləvi İnformasiya Vasitələri ilə bunu deyib, insanları maarifləndirmək lazımdır. 

4. Sıxlıq yaratmamaq üçün ictimai nəqliyyatın sayı artırılmalıdır. Metro açılarsa, intervalı qısaltmaq lazımdır. Yəni, sərnişin sıxlıq yaranmadan metrodan, avtobusdan istifadə etməlidir ki, yoluxma sayı artmasın. 

Hər bir vətəndaşın özünü qoruması, xəstəliyin qarşısının alınması deməkdir. Sadalanan qaydalara əməl etmək yoluxmamaq, qorunmaq üçün şərtdir. 

Digər ölkələrdə metro bağlanmadı

Digər inkişaf etmiş ölkələrdə hər yer işlədi, təhsil ocaqlarının fəaliyyəti dayanmadı, metro da işlədi. Ancaq qorunma qaydalarına əməl olundu, insanlar bir nəfər kimi həmin qaydalara riayət etdi. Görürsən, bizimkilər parça maska taxıb, onu da çənədə saxlayıb, burun açıq qalıb. Belə olmaz! Yuxarı tənəffüs yolları dediyimiz burun və ağız örtülü olmalıdır. 

Yoluxmanın artmasının qarşısını almaq üçün məktəblərdə nəzarət artırılmalıdır. Uşaqlar COVİD-19 virusunun daşıyıcılarıdır. Uşaq evdən virusu gətirib müəllimi yoluxdura bilər, yaxud virusu sinif yoldaşına ötürdüsə, bu da həmin uşağın virusu aparıb evdə valideyininə, nənəsinə, babasına ötürməsi deməkdir. Yəni, zəncirvaridir. Uşaqlar yazı stolunun arxasında tək oturmalıdırlar, yazı stolları arasında məsafə olmalıdır, müəllimlər maskadan istifadə etməlidirlər, uşaqlarda tənəffüs fasiləsi zamanı nəzarət olmalıdır ki, toplum yığışmasınlar, bir-biri ilə yaxın təmas olmasın. Bunların hamısı şərtdir. Yəni, bütün bu deyilənlərə əməl olunsa, biz karantindən də çıxa bilərik, vrusun artmasının qarşısını da ala bilərik. Hər bir viruslu infeksiyanın artmasının səbəbi biz insanlarıq. Əgər biz insanlar hər bir qorunma üsullarına riayət etsək, virusun artmasının qarşısını alıb, normal həyatımıza da davam edə bilərik. 

Koronavirusu adi bir qrip kimi qəbul edəcəyik

Bu virus hələ bizimlədir. Bu günə, sabaha, bir aya, üç aya bitəcək deyə bilmərik. COVİD mutasiya ola-ola orqanizmlər öyrəşəcək, hər kəs yoluxacaq, hər kəsin orqanizmində virusa cavab olaraq immunoqlobin yaranacaq və ondan sonra yavaş-yavaş artıq koronavirusu biz adi bir qrip kimi qəbul edəcəyik, normal bir xəstəlik kimi qalacaq. Amma yenə də qorunma şərtləri başda birinci durur". 

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı