Azərbaycan üçün ayrılan "AstraZeneca" peyvəndinin sayı bilindi - ÜST-dən açıqlama | Eurasia Diary - ednews.net

11 Aprel,


Azərbaycan üçün ayrılan "AstraZeneca" peyvəndinin sayı bilindi - ÜST-dən açıqlama

Səhiyyə A- A A+

Azərbaycan COVID-19 əleyhinə 432 min doza "AstraZeneca" peyvəndi qəbul edəcək.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə ofisinin rəhbəri Hans Kluqenin mətbuat brifinqində bildirilib.

ÜST-ün regional məsləhətçisi Siddhartha Datta deyib ki, artıq "AstraZeneca" peyvəndi Azərbaycana ayrılıb və bununla bağlı martın 2-də COVAX məlumat yayıb.

"Azərbaycan 432 min doza "AstraZeneca" peyvəndini qəbul edəcək. Bununla bağlı artıq qeyd etdiyim kimi məlumat yayılıb və bu ölkə peyvəndi tezliklə alacaq”, - deyə o qeyd edib. 

ÜST nümayəndəsinin sözlərinə görə, peyvəndin ayrılması və tədarükü, peyvəndin çatdırılması müvafiq şəkildə tənzimlənir.

O əlavə edib ki, digər vacib məqam COVAX-da iştirak edən ölkələrin iqtisadiyyatı ilə bağlıdır: “Ölkələrin hər birinin iqtisadi durumu fərqlidir. Peyvəndlərin ayrılması və ədalətli bölüşdürülməsi ilə bağlı proses davam edir".

"Pfizer-BionTech"lə peyvəndi ilə bağlı S. Datta bildirib ki, Azərbaycan bu vaksinə də marağını ifadə edib: “Lakin bildiyiniz kimi, bu peyvəndin müəyyən limiti var. "Pfizer"in öhdəlik və tələbləri Azərbaycanın bu peyvəndi qəbul edən 18 ölkənin siyahısına daxil edilməsinə imkan verməyib".

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...