“AstraZenica” kifayət qədər etibarlı və güvənli vaksindir Ekspert

Sağlamlıq 21:33 16.03.2021

Azərbaycan daha bir neçə vaksinin istifadəsini təsdiqləyib. Bunlar Sinovac Biotech şirkətinin "CoronaVac" peyvəndi, Rusiyanın "Sputnik V" dərman vasitəsi və “AstraZeneca” vaksinidir. Sonuncu Britaniya-İsveç şirkəti tərəfindən Oksford Universiteti ilə birgə hazırlanıb. Rəsmi məlumata görə, 432 min doza COVID peyvəndi "AstraZeneca"dan 180 gün gün ərzində Azərbaycana çatdırılmalıdır. 

Ancaq “AstraZeneca”nı tətbiq edən bir sıra Avropa ölkələrində onun tromb yaratdığı, qan laxtalanmasına səbəb olduğu deyilir. Belə ki, Almaniyada “AstraZeneca” peyvəndindən sonra 7 qan laxtalanması hadisəsi qeydə alınıb. Siciliya adasında “AstraZeneca” peyvəndindən sonra 3 ölümün qeydə alınmasından sonra istifadəsinin dayandırılmasına qərar verilib. Kanada, Portuqaliya, Cənubi Kipr, Sloveniya, Fransa, Almaniya, İtaliya, İspaniya, Avstriya, Danimarka, İslandiya, İrlandiya, Norveç, Hollandiya, Estoniya, Litva, Lüksemburq, Latviya, Bolqarıstan, Rumıniya, Tayland və İndoneziyada sözügedən peyvənddən istifadə müvəqqəti olaraq dayandırılıb. Buna baxmayaraq, Avropa Dərman Agentliyi araşdırma apardıqdan sonra çərşənbə günü dərc etdiyi hesabatında Avstriyadakı iki hadisədən başqa AstraZeneca peyvəndi ilə əlaqələndirən heç bir dəlil aşkar edilmədiyini bildirib.  

Belə bir qeyri-müəyyən vəziyyətdə "AstraZenica”nın Azərbaycana gətirilməsi nə dərəcədə məqsədəuyğundur? Qeyd edək ki, COVAX sistemi vasitəsilə Gürcüstan 13 mart tarixində artıq 43.200 doza AstraZeneca/Oxford peyvəndinin ilk partiyasını alıb. Azərbaycanla daha əvvəl müqavilə imzalanmasına baxmayaraq, vaksinin tədarükü gecikdirilir. 

““AstraZenica” vaksini kifayət qədər etibarlı və güvənli bir vaksindir". Bunu Eurasia Diary saytına açıqlamasında tanınmış infeksionist Vüqar Cavadzadə deyib.

"“AstraZenica” vaksini İngiltərənin Oksford Universitetinin İsveç alimləri ilə birgə hazırladığı bir vaksindir. Vaksin vektor texnologiyası üzrə hazırlanır. Yəni koronavirusun antigen hissəcikləri adenovirusun üzərinə yerləşdirilir, ondan sonra orqanizmə yeridilir. Və eyni texnologiya üzrə yəni, gen mühəndisliyi ilə hazırlanan ikinci vaksin “Sputnik V” vaksinidir. Vaksinlərin hazırlanma texnologiyaları müxtəlif olsa da nəticə eynidir, bədəndə aktiv immunitet yaradırlar.

Son günlər bu vaksinlə bağlı müəyyən mənfi fikirlər səslənir. Lakin mən heç də elə qiymətləndirməzdim. “AstraZenica”nı dünyanın kifayət qədər ölkələri alıb istifadə edib. Bəzi ölkələr deyir ki, o qanda tromb əmələ gətirir, ancaq bəlkə tromb vaksinin hesabına əmələ gəlmir. 3-5 xəstədə tromb əmələ gəlibsə, bu o demək deyil ki, onu vaksin yaradıb. Ola bilsin ki, bu insanda əvvəldən ürək-qan damar sisteminin patologiyası olub. Və ona görə bu faktor ortaya çıxıb".

Ekspert, həmçinin qeyd edib ki, Amerika Almaniya ilə birlikdə BioTech firmasının hazırladığı “Pfizer” vaksini ilə bağlı da belə bir şayiə yayılmışdı.

“Pfizer”lə bağlı deyilirdi ki, o, vurulan insanların üz sinirində iflic yaradır. Sözügedən ölkələr dövlət olaraq rəqəm qoydular ortaya. 1 milyon 900 min insanı vaksinasiya etmişdilər və onların bir milyonundan 10 nəfərdə əlavə təsir müşahidə edilmişdi. Həmin insanlar əvvəlki xəstəlik tarixçələrinə baxanda görmüşdülər ki, cavan vaxtlarında müəyyən xəstəliklər keçiriblər, sadəcə vaksin vurulanda həmin xəstəliklər kəskinləşib”.

V. Cavadzadə hesab edir ki, “AstraZenica” dünyanın keyfiyyətli vaksinlərindən biridir.

“İngilitərə kimi dünyanın inkişaf etmiş ölkəsi öz vətəndaşına bunu tətbiq edirsə və bu çox mürəkkəb bir gen texnologiyası əsasında hazırlanıbsa, bu barədə mənfi fikirlər səsləndirmək düzgün deyil. Müxtəlif vaksinlər barədə mənfi fikirlər söyləyirlər, ancaq sonda görürük ki, həmin ölkələr alıb onu istifadə edir. Bir də ola bilər ki, müəyyən ölkələr məqsədyönlü şəkildə bu şayiələri yayırlar ki, digər dünya ölkələri o vaksinlərdən istifadə etməsinlər. Sadəcə vaksinin özünün siyasi və iqtisadi tərəfləri var. Məqsədyönlü şəkildə belə əsassız fikirləri dünya dövlətləri mətbuat vasitəsilə yaya bilər ki, ondan ölkələr almasınlar. Amma bu əsla belə deyil. “AstraZenica” vaksini kifayət qədər etibarlı və güvənli bir vaksindir".

Ekspert infeksionist, Çinin “Sinovac” şirkətinin hazırladığı "CoronaVac" vaksini barədə də danışıb.

“"CoronaVac" vaksini tam inaktiv vaksindir. Burada əsl virus kulturası fiziki-kimyəvi təsirlərin nəticəsində təmamilə öldürülür, ancaq antigen xüsusiyyəti saxlanılır. Bu vaksin ənənəvi texnologiya ilə hazırlanır. "CoronaVac" ölkəmiz üçün təmamilə uyğun vaksindir. Qardaş Türkiyə Respublikası da bu vaksindən istifadə etdi. Türkiyədə laboratoriya sınaqlarından sonra ölkəmizə gətirildi. Təmamilə etibarlıdır və uğurla tətbiq olunur. Həkim kimi mən də iki dəfə “Sinovac” vaksini vurdurmuşam. Heç bir əlavə yan təsir müşahidə edilməyib. Hal-hazırda da ölkədə təxminən 400 min əhaliyə “Sinovac” vaksin vurulub. Bu günə kimi hansısa şəxsdə əlavə ciddi yan  təsir olduğu qeydə alınmayıb. Son günlərdə müşahidə edirəm ki, insanların bu vaksinə marağı artıb. Hesab edirəm ki, nəinki “Sinovac” vaksini digər vaksinlər də hissə-hissə gətirilib ölkəyə tətbiq olunmalıdır".

Gülnar Səlimova

Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO

Xəbər xətti

Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Hamısı