Bu gündən Azərbaycanda koronavirus (COVID-19) infüksiyasına qarşı İngiltərənin Oxford Universitetinin istehsalı olan "AstraZeneca" vaksininin tətbiqinə başlanılır.
Eurasia Diary xəbər verir ki, peyvənddən 60 və daha yuxarı yaşlı şəxslərin vaksinasiyası zamanı istifadə olunacaq. Peyvənd Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq.
Qeyd edək ki, “COVAX” platforması çərçivəsində Azərbaycana 84 000 doza "AstraZeneca" peyvəndi gətirilib.