"İsti hava pandemiyanın yayılmasını azaldır" - Araşdırma | Eurasia Diary - ednews.net

19 İyun, Şənbə


"İsti hava pandemiyanın yayılmasını azaldır" - Araşdırma

Səhiyyə A- A A+

Bir qrup elm adamı tərəfindən aparılan araşdırmalar isti hava və günəşin daha uzun müddət göründüyü bölgələrdə yeni növ koronavirusun yayılmasının azaldığını ortaya çıxarıb. 

Eurasia Diary Unikal.org-a istinadən xəbər verir ki, ölkələrin coğrafi mövqeyinə görə dəyişən temperatur, günəş işığı müddəti və rütubət kimi amilləri nəzərə alan mütəxəssislər, COVID-19 hadisəsində milyon insana düşən nisbətdə yüzdə 4,3 artım olduğu qənaətinə gəlib. 

 "Scientific Reports" jurnalında dərc olunan araşdırmada şəhərləşmə, COVID-19 test sıxlığı, yaşlı əhalinin nisbəti və səhiyyə xərcləri kimi məlumatlar təhlil edilib.

Xəstəliyin yayda yox olacağını vurğulayan araşdırma qrupu, yaz ayları tərəfindən verilən yüksək temperatur və daha sıx ultrabənövşəyi radiasiyanın insanların  sağlamlığına qarşı həyata keçirilən tədbirlərə dəstək ola biləcəyini bildirilib.  

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...