Koronavirus bəlası hələ bitməyib və dünya yeni təhlükə ilə üz-üzədir. Bir çox ölkələrdən, o cümlədən yaxın qonşumuz olan Rusiyadan qorxulu xəbərlər gəlməkdədir.
Artıq ölkələrin hökumətləri həyəcan təbili çalaraq, koronovirus bəlasının daha ağır – Hindistan ştammının meydana gəldiyini bildirirlər.
Eurasia Diary-nin məlumatına görə, tanınmış tibb eksperti, professor Adil Qeybulla da artıq bununla bağlı fikirlərini bölüşüb: “Dünyada “Deltaştamm”ın, “Hindistan ştammı”nın yayılması baş verir. Artıq ayrı-ayrı ölkələrdə həyəcan təbili çalınır. Hesab edirəm ki, bu ştamm dünyada geniş yayılsa, fərqli mənzərə ortaya çıxa bilər. Nə qədər ki, koronavirus pandemiyasına qarşı ÜST son çağırışı etməyib, hər şeyə hazır olmalıyıq. Yoxsa karantin qaydaları yenidən sərtləşə bilər”.