Rusiyanı bürüyən qorxunc təhlükə Azərbaycana gələ bilərmi? Deputatdan xəbərdarlıq

Sağlamlıq 17:37 22.06.2021
Rusiyada virus təhlükəsi gündən-günə artır. Rəsmi xəbərlərə görə, xəstəxanalar dolub, dəhlizlərə çarpayılar düzülüb. Qonşu ölkədə koronavirus infeksiyasına yoluxan xəstələrin 70 faizində, təkcə Moskvada isə 90 faizində Hindistan ştammı (Delta ştammı) aşkar edilib.
 
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov Publika.az-a yeni yaranmış ştammların təhlükəsindən söz açıb. Həkim qeyd edib ki, heç bir ölkə bu təhlükədən sığortalanmayıb.
 
 
- Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ölkədə COVID-19-la bağlı vəziyyət çox pisdir. Koronavirusun yeni növlərinin vəziyyəti gərginləşdirdiyi qeyd olunub. Rəşad bəy, Rusiya ilə qonşu olduğumuzu nəzərə alsaq, Azərbaycanı hansı təhlükə gözləyir?
 
- Əlbəttə ki, epidemioloji vəziyyətin istənilən ölkədə kəskinləşməsi dünyanı narahat edir, Rusiya da istisna deyil. Əfsuslar olsun ki, infeksion xəstəliklərdə virus sərhəd tanımır, qısa müddət içərisində ətraf ölkələrə yayılma ehtimalı mövcuddur. Yay aylarında virusun yeni mutasiyalarının yenidən insanlıq üçün təhlükə yaratmaq həqiqəti ilə üz-üzəyik. Bugünkü yoluxma səviyyəsinə baxıb arxayınlaşmaq olmaz. İnsanlara üz tutaraq onu deyə bilərəm ki, dünyada pandemiya ləğv olunan günə qədər hər birimiz çevrəmizdəki insanlarla birlikdə epidemioloji vəziyyətin bizə diktə etdiyi reallıqlara uyğun həyat tərzi keçirmək məcburiyyətindəyik. Bu, hər birimizin sağlamlığı və təhlükəsizliyi üçün vacib olduğu qədər, cəmiyyətin və sevdiklərimizin həm sosial, həm mədəni, həm də iqtisadi varlığının davam etdirilməsinə böyük bir töhfə verəcək. Bu yolda hər kəsə təhlükəsiz və qorxusuz həyat arzulayıram.
 
- Peyvənd olunan insanlar xəstəliyi necə keçirir? Araşdırmalar bu mövzuda nə deyir?
 
- Aparılan tədqiqatlar və bu günə qədərki müşahidələr onu göstərir ki, peyvənd olunan insanlar yoluxsa belə, onların xəstəxanalara düşmə riski dəfələrlə azalır. Xəstəxanalara düşənlərin ağırlaşma dərəcələrinin də dəfələrlə azaldığı göstərilir. Statistikalara görə, peyvəndləndikdən sonra immun cavab yaranan insanlar arasında həyatını itirənlərin sayı demək olar ki, sıfıra yaxındır. Bu da o deməkdir ki, peyvənd tam qoruyucu ola bilməsə də, epidemioloji vəziyyətin nəzarətdə saxlanılmasına birbaşa təsir edir.
 
Ən əsası, yoluxma və yayılmanın artdığı dönəmlərdə insanların xəstəxanaya düşmə, reanimasiyalarda ağırlaşaraq həyatını itirmə ehtimalı azalmaqdadır. Hər kəsi fürsətdən istifadə edərək peyvəndləmə prosesində aktiv iştirak etməyə dəvət edirəm. Bu, cəmiyyətin sağlamlığının qorunması baxımından vacib olan həmrəylik hadisəsidir.
 
- Xəstəliyi keçirənlərin yeni ştammlara yoluxma riskini necə qiymətləndirirsiniz?
 
- Daha əvvəl bu xəstəliyi keçirənlərin, eləcə də peyvənd olunanların yeni ştammlara yoluxma riskinin nə olacağı haqqında konkret fikir söyləmək mümkün deyil. Amma bu günə qədərki tibbi məlumatlara görə, xəstəlikdən və peyvənddən 6 ay keçməyibsə, insanlar yeni ştammlara yoluxsa, xəstəliyi daha yüngül keçirmə ehtimalı yüksəkdir. Aparılan tədqiqatların nəticələrinə görə, hər nə qədər yeni ştammlar əmələ gəlsə də, koronavirusun bütün ştammlarına qarşı olmasa belə, yaxın qoruyuculuq var.
 
- Həm xəstəliyi keçirib, həm də vaksin vurduran insanlarda antikor səviyyəsinin daha yüksək olduğu haqqında məlumatlar yayılıb.
 
- Bununla bağlı müşahidələr var. Lakin bu müşahidələr zaman içində elmi tədqiqatlarla sübuta yetirildikdən sonra konkret bir söz deyə bilərik. Tibbi reallıqlar və məntiq onu göstərir ki, xəstələnsək belə, 6 ay keçdikdən sonra yenidən vaksinlənmə ştammın növündən asılı olmayaraq xəstəliklə qarşılaşdığımız zaman yoluxma ehtimalını da azaldır. Eləcə də yoluxma təkrarlanarsa, ağırlaşma riskini dəfələrlə azaldır.
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Hamısı