Uşaqlara bütün xəstəliklər üzrə peyvəndlər vaxtında vurulmalıdır.
Eurasia Diary-nin məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rahimov deyib.
Baş pediatr bildirib ki, yüngül qrip, temperatur və burun axması uşaqlarda peyvənd üçün əks göstəriş sayılmır:
“Yalnız ağır xəstəlik, yüksək temperatur zamanı peyvənd ertələnməlidir. Ümumiyyətlə, peyvəndləri vaxtında vurdurmaq lazımdır. Qızılca, difteriya və başqa xəstəliklər əslində çox ağır xəstəliklərdir. Ona görə peyvəndlər mütləq vaxtında vurdurulmalıdır”.