Sinovakın üçüncü doza nəticələri açıqlandı | Eurasia Diary - ednews.net

17 Sentyabr, Cümə

Sinovakın üçüncü doza nəticələri açıqlandı

Səhiyyə A- A A+

Çin istehsalı olan Sinovak vaksininin üçüncü dozası ilə bağlı nəticələr açıqlanıb.

Eurasia Diary Teleqraf.com xəbər verir ki, üçüncü doza vaksin sınaqlarında 540 nəfər iştirak edib.

İkinci dozadan 6 ay keçmiş vurulan Sinovak vaksini 28 gündən sonra həmin şəxslərdə antitel miqdarını 3-5 dəfə artırıb.

18-59 yaş arasında vaksin vurulan şəxslərdə ikinci dozadan sonra 16,9 faiz antitel yaranmışdısa, üçüncü dozadan sonra bu rəqəm 35,2 faizə yüksəlib.

Tədiqatçılar bildirirlər ki, antitellərin virusun daha yoluxucu ştamlarına qarşı təsirli olub-olmadığı araşdırılmayıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...