“Koronavirusun uşaqlar arasında epidemiya halını aldığını demək olmaz”.
EDNews.net-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov "COVID-19 peyvəndləri" mövzusunda çıxışında deyib. O bildirib ki, indi məktəblərin açılması ilə bağlı uşaqlar arasına yoluxma arta bilər: “Yoluxma sayı, xüsusilə uşaqların koronavirusa yoluxması müəyyən problemlər yaşatsa da, uşaqlar böyüklərə nisbətən xəstəliyi yüngül keçirirlər”.